İnkişafa aparan yol - Əməkdaşlıq

İnkişafa aparan yol - Əməkdaşlıq divarqezeti.com

Qafqaz universiyteti xarici əlaqələrlə yanaşı ölkəmizdə fəaliyyət göstərən universitetlərlədə sıx əməkdaşlıq edir. Bu gün Qafqaz universiteti ilə Xəzər universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.Memoranduma əsasən birgə elmi fəaliyyətlər, tələbə-müəllim mübadiləsi nəzərdə tutulur.


Qafqaz universitetinin rektoru Professor Ahmet Saniç Xəzər universitetinin rektoru professor Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhvələrdən danışaraq, iki universitet arasındakı əməkdaşlığın Azərbaycan Təhsilinin inkişafında mühüm yeri olacağını vurğulayıb.
Professor Hamlet İsaxanlı çıxışında bildiribki  hal-hazırda keyfiyyətli elmi və insani mühit olan universitetlərə böyük ehtiyac olduğu bir vaxtda Qafqaz universitetində bu mühit var və yaxşı inkişaf edir.Mən rəhbərlik etdiyim universitetə xarici ölkələrdən gələn qonaqlara Xəzərlə Qafqaz universitetlərinin adını qoşa çəkirəm.
Memorandum imzalandıqdan sonra Universitetimizin 2013/2014-cü tədris ilində təşkil etdiyi seminarlar silsiləsinin növbəti məşğələsində Xəzər Universitetinin təsisçisi,rektoru və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlının “Milli Kimlik: Tarix və Bugün” mövzusunda məruzəsi dinlənilib.

http://divarqezeti.com/index.php/elm-t%C9%99hsil/item/324-inki%C5%9Fafa-aparan-yol.html

Nicat Yusifov

Instagram