Qafqaz Universiteti mexanika mühəndisliyi laboratoriyaları istifadəyə verilmişdir
Laboratoriyalar "bp-Azərbaycan" şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində yaradılmışdır.
Təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edərək laboratoriyaların istifadəyə verilməsini yüksək qiymətləndirmişlər.