Qafqaz Universiteti yeni əməkdaşlığa başlayır xezerxeber

Qafqaz Universiteti yeni əməkdaşlığa başlayır xezerxeber

   Son illərdə kompüter mühəndisliyi ixtisasları ilə yanaşı mexanika və kimya mühəndisliyi ixtisası üzrədə kadr hazırlayan Qafqaz universiteti İzmir Ali Texniki institutu ilə bu sahədə əməkdaşlıq edəcək. Bu barədə Qafqaz universitetindən məlumat verilib.

Həmin institutunun rektoru professor Mustafa Güdən, prorektor prof. Sedat Akkurt və həmyerlimiz 12 il orada elmi fəalyyət göstərmiş prof. Rasim Əlizadə Qafqaz universitetində olub.
Nümayəndə heyyətini qarşılayan prof. Ahmet Saniç Qafqaz universitetinin elmi potensialından, planlarından iki qardaş ölkə arasında əlaqələrin inkişafında elmi əməkdaşlığın rolundan və universitetlər arasında mühəndislik sahəsində imzalanan əməkdaşlıq protokolunun rəhbərlik etdiyi universitetin inkişafındakı rolundan danışıb.
İzmir Ali Texniki institutunun rektoru professor Mustafa Güdən Qafqaz universitetinin bu coğrafiyada az müdətdə mühüm elmi nəaliyyət qazandığını, xüsusən ingilis dilində tədrisin böyük uğur olduğunu diqqətə çatdırıb.Professor Mustafa Güdən Azərbaycanda ilk dəfə Qafqaz universitetində yaradılmış texnoparkın inkişafına lazımi dəstək verməyə hazır olduqlarını, bakalavr məzunlarını magistr və doktoranturaya qəbul edə biləcəklərini qeyd edib.
İzmir Ali Texniki institutunun prorektoru Sedat Akkurt bildirib ki, Azərbaycana ilk dəfə gəlirəm.
“Buradakı inkişafı həmişə eşidirdim.Amma indi ölkədə gedən inkişafı və xəzər dənizini canlı gördüm. İnanıram ki, universitetlərimizin əməkdaşlığı bu inkişafa dəstək olacaq”.
Tədbirin sonunda İzmir Ali Texniki institutunun rektoru professor Mustafa Güdənə Qafqaz universitetinin tələbələrinin çəkdikləri "QIZ QALASI" rəsmi hədiyyə edilib.

Nicat Yusifov

Instagram