“Qafqaz” BP-nin dəstəyi ilə daha bir laboratoriya istifadəyə verir
Məlumatda bildirilir ki, 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Layihənin ikinci mərhələsi isə Mexanika mühəndisliyi ixtisasının Layihələndirmə və adekvat modelləmə, Təxribatsız sınaq üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və İstilik keçiriciliyi, Emal üsulları, Daxili yanma mühərrikləri və Avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası laboratoriyaları açılışı ilə davam edəcək. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidentinin, millət vəkillərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
|