Tələbələrimiz Hidromakina MMC –nin Azer Texnolayn zavodunun qonağı olub.

Tələbələrimiz Hidromakina MMC –nin Azer Texnolayn zavodunun  qonağı olub.

Karyera Planlama Mərkəzimiz  Hidromakina MMC-nin Azer Texnolayn  Boru  zavoduna Dr. Şahin Durmaz müəllimin rəhbərliyi ilə Sənayenin təşkili və idarə olunması ixtisasının 1ci kurs magistratura pilləsində təhsil alan tələbələrin şirkət gəzintisini təşkil etdi. Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin iş dünyası ilə tanış olması və “Ümumi keyfiyyətin idarəolunması və standartları” dərsinin praktikasının canlı şahidi olmasını təmin etmək idi. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdikdən sonra çay süfrəsinə qonaq etdilər. Şirkət rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladı. Gəzintinin təşkilinde Azer Texnolayn Zavodunun müdürü Murad Hacimemmedov başda olmaqla zavodun əməkdaşlarına təşəkkür edirik.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF