Sumqayıtda görkəmli kimyaçı Vaqif Abbasovla görüş keçirilmişdir
Sumqayıt, 11 dekabr (AzərTAc). “Azərikimya” İstehsalat Birliyində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovla görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Qafqaz” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Universitetinin tələbələrinin və “Azərikimya” İstehsalat Birliyinin gənc kimyaçılarının iştirak etdiyi tədbirdə kimya elminə əvəzsiz töhfələr vermiş görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
V.Abbasov maraqlı və faydalı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, onların suallarının cavablandırmışdır.
Görüşdən sonra “Qafqaz” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Universitetinin tələbələrindən və “Azərikimya” İstehsalat Birliyinin gənc kimyaçılarından ibarət 8 komandanın iştirakı ilə kimya elminin bütün sahələrini əhatə edən və bir-birindən maraqlı sualları özündə birləşdirən “Breyn-rinq” – bilik yarışması keçirilmiş, qalib komandalara “Azərikimya” İB-nin diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır