bp” Qafqaz Universitetinə 11 laboratoriya hədiyyə etdi-

“bp” Qafqaz Universitetinə 11 laboratoriya hədiyyə etdi- Foto

Qafqaz Universitetinin mexanika mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub

525.az-ın məlumatına görə, bu laboratoriya “bp-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub.
Sözügedən açılış mərasimi ilə bağlı universitetdə tədbir təşkil edilib. Tədbirdə qeyd olundu ki, 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Layihənin ikinci mərhələsi isə Mexanika mühəndisliyi ixtisasının Layihələndirmə və adekvat modelləmə, Təxribatsız sınaq üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və İstilik keçiriciliyi, Emal üsulları, Daxili yanma mühərrikləri və Avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası laboratoriyaları açılışı ilə davam edəcək. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “bp-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “bp”nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edib. Labaratoriya ilə tanışlıq turu da təşkil edildi. 

Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç layihə barədə ətraflı məlumat verdi. Bildirdi ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Azərbaycanda müasir standartlar səviyyəsində bu sahədə peşəkar kadrların hazırlanması işinə böyük önəm verir. Bu işdə «bp» və ARDNŞ-la sıx əməkdaşlıq edilir. Göstərdikləri dəstəyə görə rektor hər iki şirkətə öz təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən «bp»nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel dedi: «bp” şirkəti Azərbaycanın aparıcı universitetlərindən biri ilə beş illik tərəfdaşlığının uğurunu təcəssüm etdirən bugünkü tədbirdə iştirak etməkdən məmnunluq hissi düyur. Şirkət həmişə Azərbaycanın böyük neft və qaz layihələrinin operatoru kimi ölkənin neft-qaz sektorunda ixtisaslaşan insan resurslarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə töhfə verə biləcəyini hesab edib. Biz dünya səviyyəli yerli mütəxəssislərin və işçi qüvvəsinin yetişdirilməsi istiqamətində ARDNŞ-nin və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq etmişik. Bu mütəxəssislər bizim Xəzər regionundakı gələcək nəhəng layihələrimizə və əməliyyatlarımıza cəlb olunacaq».
«bp» təmsilçisi onu da bildirib ki, 2009-cu ildə əsasını qoyduqları kimya mühəndisliyi fakültəinə Azərbaycanın hər yerindən çox istedadlı gənclə cəlb edilib. Bu gün isə tələbələrin yüksək keyfiyyətli təhsil almalarına dəstək olmaq üçün mexanika myhəndisliyi fakültəsinə on bir dünya səviyyəli labaratoriya bağışlanıb: «Biz yeni nəsil yerli mühəndislərin və işçi qüvvəsinin yetişdirilməsinə dəstək olmaq üçün gələcəkdə də əməkdaqlıq edəcəyimizə ümidvarıq».
ARDNŞ prezidenti Rövnəq Abdullayev isə çıxışında Azərbaycanın neft-qaz strategiyası, prezident İlham Əliyev tərəfindən bu istiqamətdə yürüdülən siyasət barədə geniş məlumat verdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti həyata keçirilir. Bu Azərbaycan dövlətinin başlıca prinsiplərindən biridir. Bu istiqamətdə əsas rol isə təbii ki, ali təhsil müəssisələriinn üzərinə düşür. R.Abdullayev universitetdə yaradılmış yeni laboratoriya barədə çox müsbət fikirlər səsləndirdi. Bildirdi ki, burada dünya standartları səviyyəsində peşəkar kadrların hazırlanacağına inanır. 
Təhsil nazirin müavini Ceyhun Bayramov çıxı şında vurğuladı ki, belə bir laboratoriyanın təşkili Qafqaz Universitetinin təhsil sahəsində əldə etdiyi uğurları bir daha təsdiqləyir.

“bp” Qafqaz Universitetinə 11 laboratoriya hədiyyə etdi- <b style=Azərbaycan beynəlxalq təhsil mərkəzinin təhsil şurasının sədri Ənvər Özərən və FAB boyaları şirkətinin sədri Anar Əliyev də çıxışlarında belə bir laboratoriyanın yaradılmasında pay sahibi olduqlarından məmnunluqlarını bildirdilər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF