Təhsildə inkişafa aparan yol –universitetlər arasında əməkdaşlıq

Təhsildə inkişafa aparan yol –universitetlər arasında əməkdaşlıq
Qafqaz Universiteti xarici əlaqələrlə yanaşı ölkəmizdə fəaliyyət göstərən universitetlərlə də sıx əməkdaşlıq edir. Qafqaz Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə memoranduma əsasən birgə elmi fəaliyyətlər, tələbə-müəllim mübadiləsi nəzərdə tutulur. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, iki universitet arasındakı əməkdaşlığın Azərbaycan təhsilinin inkişafında mühüm yeri olacağını vurğulayıb.
Professor Hamlet İsaxanlı çıxışında bildirib ki, hal-hazırda keyfiyyətli elmi və insani mühit olan universitetlərə böyük ehtiyac olduğu bir vaxtda Qafqaz Universitetində bu mühit var və yaxşı inkişaf edir: “Mən rəhbərlik etdiyim universitetə xarici ölkələrdən gələn qonaqlara Xəzərlə Qafqaz universitetlərinin adını qoşa çəkirəm”.Memorandum imzalandıqdan sonra Qafqaz Universitetinin 2013/2014-cü tədris ilində təşkil etdiyi seminarlar silsiləsinin növbəti məşğələsində Xəzər Universitetinin təsisçisi, rektoru və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Milli kimlik: tarix və bu gün” mövzusunda məruzəsi dinlənilib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF