Azercell Telekom MMC -dən 3 tələbəmiz təqaüd almağa laiq görülüb

Azercell Telekom MMC -dən 3 tələbəmiz təqaüd almağa laiq görülüb.

Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitetimizin tələbələrinə yönəlik “Azercell Telekom” MMC-nin 01 oktyabr 2013-cü il tarixində elan etdiyi Tələbə Təqaüdü Proqramı üzrə son seçim mərhələsi başa çatmışdır.Tələbə Təqaüdü Proqramının mərhələli seçimləri nəticəsində 11 tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülmüşdür. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqıda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər. Böyük fərəh hissi ilə qeyd etmək istərdik ki, bu proqramda təqaüd almağa layiq görülən 11 tələbədən 3-ü Qafqaz Universitetinin tələbəsidir. Bununla əlaqədar bütün Qafqaz Universiteti ailəsini təbrik edirik.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF