Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsi istiqamətində bu ali məktəb ilə “Azernet” şirkəti arasında əməkdaşlığa dair protokol imzalanmışdır

Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsi istiqamətində bu ali məktəb ilə “Azernet” şirkəti arasında əməkdaşlığa dair protokol imzalanmışdır


Bakı, 4 dekabr (AzərTAc). Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsi istiqamətində bu ali məktəb ilə “Azernet” şirkəti arasında əməkdaşlığa dair protokol imzalanmışdır. İmzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bildirmişdir ki, Təhsil Nazirliyinin müvafiq Əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək tərəfdaşlarla (ali təhsil müəssisələri və s.) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etmək nəzərdə tutulur.

AzərTAc xəbər verir ki, professor Ə.Saniç Azərbaycanda ilk dəfə Qafqaz Universitetində fəaliyyət göstərən Texnoparkın fəaliyyəti barədə də məlumat vermişdir. 
“Azernet” şirkətinin rəhbəri Anar Novruzov qeyd etmişdir ki, Qafqaz Universitetinin Elektron Məlumat Sistemi təkmilləşdiriləcək və sistem bu ali məktəbdə əvəzsiz tətbiq olunacaq, sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif ediləcəkdir.
İnteraktiv lövhədə sistemin istifadə qaydaları təqdim edilmişdir.
Sonra Qafqaz Universiteti ilə “Azernet” şirkəti arasında əməkdaşlığa dair protokol imzalanmışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF