X Beynəlxalq Türk dili olimpiadasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Mayın 30-dan iyunun 14-dək Türkiyədə ənənəvi Beynəlxalq Türk dili olimpiadası keçiriləcək.
Qafqaz Universitetinin mətbuat katibiRəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, X Beynəlxalq Türk dili olimpiadasında Azərbaycan nümayəndə heyəti də ölkəmizi təmsil edəcək.
Olimpiadaya, həmçinin aparıcı KİV əməkdaşları da qatılacaq.
R.Rzayev qeyd edib ki, olimpiadada 140 ölkədən minlərlə iştirakçı türk dilində şer söyləyəcək, rəqs edəcək və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirəcəklər.
Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir.
Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2007-ci ildə olimpiadada “Atatürk Türk Ödülü”nə layiq görülüb.
Mirvari Kamilqızı
Gün.Az
URL: http://www.gun.az/social/39049