Qafqaz Universitetində İbad Huseynovla görüş keçirilib
25 May, 2012,
Qafqaz Universitetinin Mədəniyyət şöbəsi
Azərbaycan xalqının qəhrəman oğlu İbad Huseynovun həyatına və döyüş
yoluna həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə
cümhuriyyət dövrünə bir daha nəzər salınıb, onun tarixdəki yeri və rolu
ətraflı təhlil edilib.
Tədbir çərçivəsində Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı mübarizə
aparan “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi iştirakçısı İbad
Hüeynovun igidlik və rəşadət yolunu işıqlandıran film nümayiş edilib.
Qarabağ müharibəsi veteranı, 1988-ci ildə Xocavənd Özünümüdafiə
dəstəsini yaratmış, dəstənin komandiri, İbad Hüseynovun qardaşı,
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında may
ayının tarixi və əlamətdar günləri haqqında danışaraq 28 may İstiqlal
tarixini Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri
kimi dəyərləndirib: “Bu, təkcə milli dövlətçiliyimizin – Azərbaycan Xalq
Cümhuriyyətinin özünün başkəndinə qovuşduğu gün deyil, daha geniş
mənada götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca
yaşayacaq möhtəşəm bir xatirəsidir”.
Torpaqların müdafiəsi uğrunda
erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanan
İbad Huseynov Oğuz klubu üzvlərinə və tədbir iştirakçılarına
minnətdarlığını bildirərək gəncləri ümummilli lider Heydər Əliyevin
nəsillərin yolunu işıqlandıran ideyaları ətrafında daha sıx birləşməyə
səsləyib.
http://www.sia.az/index.php?action=static_detail&static_id=226186