Biz Heydər Əliyevin əsgərləriyik

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Günü xalqımızın həyatına əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
Bayram münasibətilə Mədəniyyət şöbəsi Oğuz klubunun Azərbaycan xalqının qəhrəman oğlu İbad Huseynovun həyatına və döyüş yoluna həsr etdiyi tədbirdə Cümhuriyyət dövrünə bir daha nəzər salındı, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edildi.  
Tədbirdə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı mübarizə aparan “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi iştirakçısı İbad Hüeynovun  igidlik və  rəşadət yolunu işıqlandıran film nümayiş edildi.
 Qarabağ müharibəsi veteranı, 1988-ci ildə Xocavənd Özünümüdafiə dəstəsini yaratmış, dəstənin komandiri,  İbad Hüseynovun qardaşı, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı  Eyvaz Hüseynov çıxışında may ayının tarixi və əlamətdar günləri haqqında danışaraq 28 may İstiqlal tarixini Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri kimi dəyərləndirdi: “Bu, təkcə milli dövlətçiliyimizin – Azərbaycan Xalq Cümhuriyyətinin özünün başkəndinə qovuşduğu gün deyil, daha geniş mənada götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir”.
Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmış İbad Huseynov  Oğuz klubu üzvlərinə və tədbir iştirakçılarına minnətdarlığını bildirərək  gəncləri ümummilli liderimiz Heydər Əliyevin nəsillərin yolunu işıqlandıran ideyaları ətrafında daha sıx birləşməyə səslədi.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF