İnkişaf, birlik və Məxtimqulu poeziyası



Mayın 18-də Türkmənistanda ölkənin əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən İnkişaf, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir. Türkmənistan-Azərbaycan münasibətləri, dostluğun və qardaşlığın nümunəsi olaraq Türkmənistan səfirliyi və Qafqaz Universiteti  Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə "İnkişaf, birlik və Məxtimqulu poeziyası”  adlı tədbirə imza atıldı. Tədbiri Universitetin  rektoru Prof. Dr. Ahmet Saniç açaraq bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların adından ürək sözlərini söylədi. Ardınca çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərini vurğuladı.

“Həmzə Nigaridən Məxtimquluya gedən yol” mövzusunda çıxış edən Qafqaz Araşdırmalar  İnstitunun direktoru dos. Mehmet Rıhtım, Məxtimqulu Fəraqinin əsərlərində dostluq və insan sevgisi” mövzusunda çıxış edən Türkiyə Cumhuriyyətindən təşrif buyurmuş dos. Ramazan Çakır bəy, “Məxtimqulu Fəraqinin həyat və fəaliyyəti” mövzusunda çıxış edən Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi  Davud Orazsaxedov dünya şöhrətli şair Məxtimqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verdiyini bir daha diqqətə çatdırdılar.

Tədbirdə Türkmənistan və Azərbaycan Respublikalarının dostluğu və yaxından əməkdaşlığında xüsusilə fərqləndiyinə görə Türkmənistan Səfirliyi tərəfindən Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Prof, dr . Ahmet Saniç, Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı, Qafqaz Universitetinin Baş Katibi dos. Natiq Paşa, Qafqaz Universiteti Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin müdiri Nəcəf Ələsgərova diplomlar təqdim edildi.
"İnkişaf, birlik və Məxtimqulu poeziyası” adlı tədbir maraqlı bədii hissə ilə başa çatdı. Türkmənistanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF