Azərbaycanın ali təhsil ocağı beynəlxalq mükafata layiq görülüb
Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin
rəhbərləri iştirak ediblər.
Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt
şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq
Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl
mükafata layiq görülüb. Konvensiyada universitetin biznes dünyası ilə
qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət
“International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin
Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək
qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən
müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç iştirak edib. Tədbir “İmarPress”-ə daxil
olan 26 media şirkəti tərəfindən işıqlandırılıb.Qafqaz Universitetinə təqdim edilən beynəlxalq B.I.D. mükafatları QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında təqdim edilir, hansı ki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə edilə bilər. “Business Initiative Directions” (B.I.D.) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə malik şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hokumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırıb. http://www.publika.az/news.php?id=4437 Gülnar Musayeva Publika.Az |

Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin
rəhbərləri iştirak ediblər.
Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt
şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq
Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl
mükafata layiq görülüb. Konvensiyada universitetin biznes dünyası ilə
qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət
“International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin
Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək
qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən
müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç iştirak edib. Tədbir “İmarPress”-ə daxil
olan 26 media şirkəti tərəfindən işıqlandırılıb.