İqtisadi İnkişaf Naziri Şahin Mustafayevlə Çağ Öyrətim Şirkətinin rəhbərliyi arasında görüş keçirilib.
16 May, 2012,
İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev
rəhbərlik etdiyi nazirlikdə nazirliyin rəhbər işçiləri iləbirlikdə Çağ
Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özereni və
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç ilə görüş
keçirilib. Görüş zamanı rəhbərlik etdiyi şirkət haqqında bəhs edən Çağ
Öyrətim İşlətmələri şirkətinin rəyasət heyətinin sədri Enver Özeren Çağ
Öyrətim şirkətinin qurulma tarixindən, Qafqaz Universitetinin
fəaliyyətindən geniş məlumat verdi. Enver Özeren “Çağ Öyrətim və Qafqaz
Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan
Türkiyə təhsil modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə Çağ
Öyrətim İşlətmələri şirkətinin fəaliyyətə başlamasına təkan vermişdir”
Çağ Öyrətim şirkəti də Ulu öndərin bu etimadına sədaqətlə xidmət edir
və edəcəkdir” söylədi. Sonra söz alan Qafqaz Universitetinin rektoru
Ahmet Saniç universitetin həyata keçirdiyi yeni lahiyələrdən bəhs etdi.
Sonra İqtisadi İnkişaf Naziri (İİN) Şahin Mustafayev Çağ Öyrətim
İşlətmələri şirkəti və Qafqaz Universiteti haqqında günbəgün artan
nüfuzu barədə geniş məlumata sahib olduğunu bildirdi. “Sizin
fəalliyətlərinizi izləyirəm, beynəlxalq olimpiadalarda tutduğunuz
yerlərdən, keçirdiyiniz olimpiadalardan, beynəlxalq konfraslardan
məlumatlıyam və tutduğunuz bu müqəddəs yolda sizə uğrlar arzulayıram”
dedi. Sonra İqtisadi İnkişaf Nazirliyi, Çağ Öyrətim İşlətmələri şirkəti
və Qafqaz Universiteti arasında əməkdaşlıqlar barədə müzakirələr
aparıldı. Müzakirələr zamanı səslənilən mövzular bunlardır: Texno
parkların yaradılması, Mərmərə Universiteti, İqtisadi İnkişaf Nazirliyi
və Qafqaz Universiteti birgə doktorantura pilləsində mütəxəssislər
hazırlamaq, birgə konfranslar keçirmək, iş dünyası ilə əlaqəli
proqramlar keçirmək barədə müzakirələr aparıldı.Qafqaz universiteti mətbuat xidməti.