Universitetdə “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” keçirilib

Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilib.


Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, böyük türkmən şairi və mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universiteti tərəfindən təşkil edilib. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən danışıb. Böyük türkmən mütəfəkkiri Məhdumqulu Fəraqinin ədəbiyyata, mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən rektor şairin ədəbi irsinin əhəmiyyətini vurğulayıb.

Türkmənistanın Bakıdakı səfiri Toyli Komekov ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs edib. Türkmənistanın iqtisadiyyatı, mədəniyyəti barədə danışan səfir, eyni zamanda tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Çıxış edən alim və mütəxəssislər Məhdumqulu Fəraqinin ömür yolundan, zəngin ədəbi yaradıcılığından danışıblar.
Məhdumqulu Fəraqi 1733-cü (digər məlumata görə 1724-cü) ildə Türkmənistanın Ətrək vilayətində Kümbəzhovuzun şərqindəki Hacıqovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılbayır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin ailəsində doğulub. Məhdumqulu o zaman Orta Asiyada ən nüfuzlu təhsil müəssisəsi sayılan “Şirqazi” mədrəsəsində oxuyub. Buxara mədrəsəsinin məzunu olan Məhdumqulu burada münbit elmi-ədəbi mühitə düşüb, Şərqin böyük alimlərinin elmi-fəlsəfi irsi ilə tanış olub. Məhdumqulu Türkmənistanın mənəvi qurucularından biri, bütün könüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, türkmənlərin ruhi dünyasının nurudur. Şair insanları daim vətənpərvərliyə, xeyirxahlığa çağırıb.
 Nigar
http://www.qafqazinfo.az/news.php?id=18186

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF