Məktəblilərimiz Rumıniyadan bürünclə qayıtdılar
Quba Özəl Türk Liseyinin 4 nəfər şagirdi Rumıniyada - Buxarestdə keçirilən beynəlxalq informatika layihəsində (infomatrix) iştirak edib.
Bu barədə məlumat verən layihənin rəhbəri Nurlan Hüseynov bizimlə söhbətində bildirib ki, bu bilik yarışına qatılan şagirdlərimizin dördü də üçüncü yerə layiq görülərək, bürünc medal əldə ediblər. Onun sözlərinə görə, Sultan Sultanov və Nihad Nəsrullayev “Upload “ üzrə proqramlaşdırma, Cahandar Musayev və Ülvi Əliyev isə “Kiçik əməliyyat sistemi” üzrə layihələrlə çıxış ediblər.
Qeyd edək ki, Azərbaycandan daha bir heyət - Dədə Qorqud Özəl Türk Liseyinin 2 şagirdi də bu yarışda iştirak edib və onlar da bürünc medal əldə ediblər. Dünyanın 20-dən çox ölkəsinin nümayəndələrinin iştirak etdikləri olimpiadaya 30 layihə təqdim olunmuşdu.
Nurlan Hüseynov həmçinin bildirib ki, olimpiadanın keçirildiyi məkanda hər ölkənin, o cümlədən Azərbaycanın tanıtımı ilə bağlı stendlər də qurulub. Amıl Taği Quba
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43572