PAŞA Bank ASC və Junior Achievement Azərbaycan təşkilatı Qafqaz Universitetində təqdimat keçirdi


May ayının 8-i PAŞA Bank ASC və Junior Achievement Azərbaycan (JAA) təşkilatı Qafqaz Universitetində “Davamlı Müəssisənin İnkişaf Proqramı” adlanan yeni layihəyə həsr olunmuş təqdimat keçirdilər. JAA təşkilatının Proqramlar Meneceri Seymur Hacıyev layihə daxilində görüləcək işlər, o cümlədən, nəzərdə tutulan biznes təlimləri, iştirakçılar tərəfindən yaradılan müəssisələrin qeydiyyatı və idarə olunması, sabit maliyyə bazanın yaradılması üçün bank və kredit təşkilatlarıla uzunmüddətli əlaqələrin qurulması və digər iqtisadi məsələlər barədə məlumat verdi.

Təqdimatda iştirak edən tələbələr layihənin məqsədi, keçirilmə müddəti və nəticələri haqqında məlumat aldılar. Təqdimatda PAŞA Bank ASC-nin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Kəmalə Elitaş və Əmir Məmmədov, Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Menecment kafedrasının müdiri cənab Firudin Sultanov, Karyera Planlama Mərkəzinin Direktoru cənab İsa Qasımov və Daimi İnkişaf Mərkəzinin müdiri cənab Vüsal Rzayev, İqtisadiyyat Fakültəsi və Biznesin İdarəetməsi üzrə İnzibati Elmlər Şöbəsinin lektoru cənab Rasim Abutalıbov iştirak etmişdir.

“Davamlı Müəssisənin İnkişaf Proqramı” (DMİP) PAŞA Bank ASC və Junior Achievement Azərbaycan təşkilatının birgə təşəbbüsü ilə Bakı və Quba gəncləri arasında kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə icra edilir. 2012-ci il ərzində proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və ya bu işlə məşğul olan 18-27 yaşlı 60 iştirakçı cəlb ediləcək. Proqramın təqdimatı Bakı və Quba şəhərlərinin ali məktəblərində, kolleclərdə, gənclər təşkilatlarında və digər ictimai yerlərdə keçiriləcəkdir.

DMİP proqramı ölkədə kiçik və orta sahibkarlığın inkişafına, maliyyə imkanlarının əldə edilməsinə və sağlam biznes mühitinin formalaşmasına köməklik göstərəcəkdir. Layihənin sonunda iştirakçı müəssisələr öz məhsul və xidmətlərini sərgi tipli tədbirdə təqdim etmək imkanı əldə edəcəklər.
Dos.  İsa Qasımov
http://qu.edu.az/view_news.php?news=2258&link=286&lang=az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde