Qafqaz Universitetində “Azərbaycanda İKT-nin inkişafı” mövzusunda seminar olub
“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Müasir dünyada İKT-in mühüm rolunu xatırladan “Aztelekom” İB-in baş direktoru ölkədə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən M.Məmmədov sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonra Qafqaz universitetinin rektoru qovağa günün xatirəsi olaraq plaket təqdim edib.
əlavə edilmə : 14-05-2012 17:41
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=223591