“Çağ” Qubada da 20 illiyini qeyd etdi

Quba Rayon Mədəniyyət Evində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 94, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş  şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca da Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verərkən, ulu öndər Heydər Əliyevin türk liseylərinin dünyaya açılmasında əvəzsiz rol oynadığını qeyd edib. O, türk liseylərinin fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində ulu öndərin adının həmişə yad edildiyini vurğulayıb. M. Alagözoğlu bu il məzun olacaq şagirdlərin də öz intellektləri ilə ölkəmizə töhfələr verəcəklərini əminliklə söyləyib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən bu il liseyə qəbul imtahanında ilk üç yeri tutan şagirdləri mükafatlandırarkən deyib: “Bu liseyləri bitirənlər dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak edirlər”. O həmçinin liseylərin fəaliyyətinin Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərində körpü olduğunu, müstəqil Azərbaycanın çiçəklənməsində təhsilə olan ən böyük dəyər kimi qiymətləndirib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev liseyin uğurlarını yüksək qiymətləndirib. O, “Çağ”ın keçirdiyi tədbirlərdə iştirak etdiyini, bu məktəblərin fəaliyyətindən və uğurlarından xəbərdar olduğunu da bildirib. Bilik yarışlarında fərqlənən şagirdlərin mükafatlandırılmasının səmərəli olduğunu qeyd edən icra başçısı hələ Mingəçevirdə çalışarkən ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan şagirdlərə qiymətli hədiyyələr təqdim edildiyini də söyləyib. O, Qubada da bu ənənənin əsasının qoyulacağını bildirib.
Tədbir estrada ulduzlarının çıxışları ilə davam etdirilib.
Amıl Tağiyev Quba
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43642

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır