Nərgiz Paşayeva "İlin elm adamı" nominasiyasında mükafatlandırılıb
Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində tələbələrin
təşkilatçılığı və fəal iştirakı ilə "IV Gənclik şənliyi" adlı tədbir
keçirilib. Qafqaz Universitetinin mətbuat xidmətindən “Azadinform”a
verilən məlumata görə, tədbir çərçivəsində bu ali təhsil ocağının
həyətində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan
əsərlərdən, rəsmlər, əl işləri, maketlərdən ibarət sərgilər açılıb,
köşklər quraşdırılıb. Bu köşklərdə tələbələr gitara çalıb, mahnılar
oxuyub, şeirlər söyləyiblər.
Tədbirdə universitetin rektoru Ahmet Saniç şənliyin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğunu, ulu öndərin "Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm" deməsi ilə gəncliyə böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalqa bağlılıq xüsusi yer tutur: “O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəsil üçün əsl nümunədir”.
Sonra ənənəvi olaraq keçirilən "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində aparılmış seçim zamanı "İlin elm adamı" nominasiyasına Azərbaycanı beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidmətinə görə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, "İlin müəllimi” nominasiyasına isə Qafqaz Universitetinin iş dünyası ilə əlaqələri üzrə prorektoru dos.Təyyar Mustafayev layiq görülüblər.
Digər nominasiyalar üzrə qaliblərin adları da açıqlanıb. Nominantlara və ya onların nümayəndələrinə müvafiq diplomlar təqdim olunub.
http://www.azadinform.az/news/a-21309.html