'Bioloji müxtəliflik' günü, Bakı Özəl Türk Liseyinin şagirdlərinin Eko-parka səfəri ilə qeyd olunmuşdur

22 may  2012-ci il tarixində ”Bioloji müxtəliflik” günündə Çağ Öyretim şirkətinin tabeçiliyində olan  Bakı Özəl Türk Liseyinin şagirdləri və müəllim heyəti üçün “Eko-park”a  ekskursiya təşkil olunmuşdur. 

“Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanışlıqdan sonra, qonaqlara “ARDNŞ-in Ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmişdir.

Sonra onlara “Eko-park”ın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri və infrastrukturu, parkda quraşdırılan külək generatorları, günəş batereyaları və digər texnologiyalar barədə ətraflı məlumat verilmişdir.
  Məktəblilərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif ağac-kol növlərinin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilmişdir.
Qonaqlar körpə fidanları xüsusi qablara köçürərək, qabların üzərində öz ad və soyadlarını yazmışlar. 

Daha sonra tədbir iştirakçılarının parkın istirahət zonasında elektromobillər və velosipedlərlə gəzintisi təşkil olunmuş və onlara “Eko-park”ın istehsalat fəaliyyəti ilə əyani olaraq daha yaxından tanış olmaq imkanı yaradılmışdır.

Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilmiş və bütün tədbir iştirakçılarına Ekologiya İdarəsinin xüsusi hədiyyələri təqdim olunmuşdur.  

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF