Qafqaz Universitetinin Müəllimi Sərvər Qurbanovun kitabı Türkiyədə ışıq üzü görüb.
22 May, 2012,
Qafqaz Universiteti Dünya İqtisadiyyatı
Bölməsinin Müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sərvər
Qurbanovun Türkiyədə kitabı nəşr olunub. Kitab, “Holland Sindromu:
Nəzəriyyə və ölkə təhlilləri” adını daşıyır. Kitabı Amerikada yazan Dr.
Sərvər Qurbanov, öz əsərində, 9 ölkə iqtisadiyyatını geniş, 10 ölkə
iqtisadiyyatını isə qısa olaraq Holland Sindromu nəzəriyyəsinə görə
təhlil etmişdir. Hollanda Sindromuna səbəb olan əsas amil, Norveç,
Rusiya və Qazağıstan kimi ölkələrdə neft sektoru ikən, Kolombiyada
qəhvə, Botsvanada almas, İspaniyada turizm, Türkiyədə xaricdə yaşayan
işçilərin öz ailələrinə göndərdikləri pul və Tayvanda sürətli
texnologiya inkişafı olmuşdur. Kitabın sonunda, Nəticə və təkliflər
hissəsində, Holland Sindromundan yayınmaq üçün bir sıra təkliflər irəli
sürülmüşdür. Akis Kitap tərəfindən nəşr olunan kitab, Türkiyənin
qabaqcıl onlain kitap şatış saytlarında da oxucuya təqdim edilməkdədir.http://www.idefix.com/kitap/hollanda-hastaligi-sarvar-gurbanov/tanim.asp?sid=N1P2PHXHHH8HYKJNV53L
http://www.kitapbooks.com/kitap/hollanda-hastaligi-teori-ve-ulke-ornekleri-p604876.html
http://www.yenisayfa.com/Kitap/hollanda-hastaligi-teori-ve-ulke-ornekleri/Content.aspx?pid=f9280281c
http://bkmkitap.com/prddet.php?pid=293364#
http://www.kitapdenizi.com/kitap/60021-Hollanda-Hastaligi-kitabi.aspx
http://www.kitapadresi.com/kitapdetay.aspx?kid=239732-hollanda-hastaligi;-teori-ve-ulke-ornekleri
http://www.kitaplife.com/Hollanda-Hastaligi-Sarvar-Gurbanov,PR-469.html