Gürcüstan Respublikasının Kutaisi şəhərində “Vekua Kuboku” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsi keçirildi.


5-6 may 2012-ci il tarixində Gürcüstan Respublikasının Kutaisi şəhərində “Vekua Kuboku” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqədə Azərbaycandan Qafqaz Universiteti 3 komanda ilə təmsil olunmuşdur.
Rusiya, Ukrayna, Moldova, Bolqarıstan, Belarusiya, Latviya, Litva, Estoniya, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstandan 126 komandanın iştirak etdiyi QRUP müsabiqəsində Qafqaz Universitetinin iki komandası III dərəcəli, bir komanda Fərqlənmə diplomu, 46 tələbənin iştirak etdiyi FƏRDİ müsabiqədə 1 tələbə II dərəcəli diplomla təltif olunmuşdur:

II dərəcəli diplom
Fərdi
Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)

III dərəcəli diplom
Baku Qafqaz U 1 komandası
Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)
Şəhriyar Novruzov (Kompüter Mühəndisliyi 4)
Vüqar Ağayev (Kompüter Mühəndisliyi 4)

III dərəcəli diplom
Baku Qafqaz U 2 komandası
Xəyyam Quliyev (Kompüter Mühəndisliyi 3)
Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi 3)
Hidayət Soltanzadə (Kompüter Mühəndisliyi 3)

Fərqlənmə diplomu
Baku Qafqaz U 3 komandası
Müsaqil Musabəyli (Kompüter Mühəndisliyi 2)
Cavid Abbasov (Kompüter Mühəndisliyi 2)
Kənan Əsgərli (Kompüter Mühəndisliyi 2)
Ürfan Həmzəyev (İT və Sistemləri Mühəndisliyi 2)

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF