
Qafqaz
Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə
38-ci B.I.D. Beynəlxalq Konvensiyasında “International Arch of Europe”
nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Konvensiyada
universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil
sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un
əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin
meyarları əsasında yüksək qiymətləndirilib. Mükafatlandırma mərasimində
70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib. Tədbir
“İmarPress”-ə daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılıb. Bu
barədə
Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.
B.I.D.
təşkilatı hal-hazırda dünyada Keyfiyyət Mükafatı təqdim edən ən önəmli
özəl şirkətlərdən biridir. Şirkətin əsas keyfiyyət prinsipləri
Yaponiyadakı “Deming”, Amerikadakı “Baldrige” və Avropadakı EFQM
təşkilatları kimi güclü təməl üzərinə qurulub. B.I.D. şirkətinin
strukturu biznes informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən
beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, jurnalist,
psixoloq, dizayner, memar, və s. kimi mütəxəssislərdən ibarətdir. Bu
mütəxəssislər daimi olaraq dövlət və özəl sektorlarının informasiya
mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya
şirkətlərindən, yarmarkalar və sərgilərdən müxtəlif şirkətlər haqda
informasiya toplayır və tədqiq edir.
B.I.D. təşkilatı davamlı
olaraq keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş
şirkətlərə səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata
keçirir. Qafqaz Universitetinə təqdim edilən beynəlxalq B.I.D.
mükafatları QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları
əsasında təqdim edilir, hansıki bu meyarlar biznes sahibkarlarının və
şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə
qaydaları kimi xarakterizə edilə bilər. QC100 Keyfiyyətin Ümumi
İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün əsas addımlar:
təşkilat olaraq keyfiyyəti hədəf götürmə, müştəri məmnuniyyəti,
təşkilati sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə
liderlik, kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları,
daimi təlim və təhsil faktorları kimi vurğulana bilər.
Modern.az