V İnformatika Layihə Olimpiadası başa çatdı

“Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı və NANO mağazalar şəbəkəsi,  “KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsi, “Montech” şirkəti, “ESTET” şirkətinin sponsorluğu ilə keçirilən məktəblilərin V İnformatika Layihə Olimpiadasına (İLO) yekun vurulub.
 3 kateqoriya (“Veb səhifəsi”, “Animasiya” və “Qısa film”) üzrə keçirilən yarışda 43 layihə təqdim olunub. Münsiflər Heyətinin qərarı ilə Sumqayıt məktəblisi Əlabbas Qurbanov və Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri - Aytac Abbaszadə, Turac Abbaszadə “Veb səhifə” kateqoriyası üzrə birinci yerə layiq görülüblər.
“Animasiya kateqoriyası” üzrə Turqay Hüseynov (Bakı Özəl Türk Liseyi) və Murad İbrahimzadə (Şirvan Özəl Türk Liseyi), “Qısa film” kateqoriyası üzrə “Çətin seçim” layihəsi ilə çıxış edən Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 6a sinif şagirdləri və “Star vars” layihəsi il çıxış edən Rüfət Əlizadə birinciliyi əldə ediblər. Yarışda I yerlərə layiq görülənlərə printerlər, II yerlərə layiq görülənlərə səs ucaldıcılar, III yerlərə layiq görülənlərə isə kablosuz modemlər təqdim olunub.
 Qeyd edək ki, Bakı Özəl Türk liseyində keçirilən bu tədbirdə “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Enver Özerən, Azərbaycan-Türkiyə Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Cəlallı da iştirak ediblər. “Çağ”dan verilən məlumata görə, İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğub.
Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək, maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlamağa, həm də kompyuterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.
Qeyd edək ki, V İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün 100-ə yaxın layihə təqdim edilmişdi, onlardan 43-ü final mərhələsində iştirak etmək hüququ əldə etmişdi.
Gülər Rəsul
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43425

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır