Şagirdlərimiz bu il də yüksək nailiyyətlərə imza atacaqlar

“2011-2012-ci tədris ili liseyimiz üçün çox əlamətdar bir dərs ili oldu. Onun əlamətdarlığını çox şeylə əlaqələndirmək olar, amma ən mühüm olan bu dərs ilinin şirkətimizin fəaliyyətə başlamasının 20-ci ildönümü ilə üst-üstə düşməsidir”
 Bu sözləri Sumqayıt Özəl Türk Liseyinin (SÖTL) müdiri Ahmet Çamalan 28 may - Respublika Gününə və “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş  “Gələcəyin ulduzları” adlı məzuniyyət proqramında deyib. Onun sözlərinə görə, bu tədris ilində rəhbərlik etdiyi kollektiv ölkəmizin və xalqın etimadını doğrultmaq üçün çox ciddi səylə çalışıb: “Şagirdlərimiz  həm respublika fənn olimpiadalarında, həm də beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər. Bunlara Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qızıl medal qazanmış Rəşid Qazıyev, yenə informatika fənni üzrə 4-cü  yerlər qazanmış  Məmməd Bəxşəliyev və Əliağa Şirinovu, həmçinin Gürcüstanda keçirilmiş İYİPO Ətraf Mühit Layihə Olimpiadasında qızıl medal qazanmış Səmud  Əhmədovu, Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi – İNEPO Avrasiya Beynəlxalq Layihə Olimpiadasında gümüş medallar qazanmış Rauf  Hüseynli və Nurlan Əhmədov, bürünc medal qazanmış Cavid  Tahirlini göstərə bilərik”. O, lisey şagirdlərinin idman yarışlarında da medallar əldə etdiklərini diqqətə çatdırıb.
A. Çamalan həmçinin qeyd edib ki, SÖTL-ün 2010-11-ci tədris ilində bitirən 60 məzunu ali məktəblərə qəbul zamanı 100%-lik nəticə göstərib: “Bu nəticəyə görə, liseyimiz respublikada 4500 məktəb arasında qəbul nəticələrinə görə, 5-ci, liseylər arasında isə 1-ci olub. Həmin şagirdlərimizdən 12 nəfəri 600 baldan yuxarı nəticə göstərib”. O bu il də şagirdlərin yüksək nailiyyətlərə imza atacaqlarını əminliklə dilə gətirib.
Tədbirdə bu il təhsildə və idmanda uğur əldə etmiş şagirdlər mükafatlandırılıblar. Mükafatları şagirdlərə “Çağ” Öyrətim İşlətmələri  İdarə Heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz təqdim ediblər. Onlar uğur əldə etmiş şagirdlərə və bu il liseyi bitirən məzunlara gələcək həyatlarında uğurlar diləyiblər.
 Daha sonra tədbirin bədii hissəsi başlanıb. Bədii hissədə liseyin ansambl, mahnı və şeir özfəaliyyət dərnəyinin üzvləri çıxış ediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43706

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF