Şagirdlər beynəlxalq olimpiadadan növbəti medal qazandı

Mayın 19-22 də Türkiyənin İstanbul Fatih Təhsil Müəssisəsinin təşkil etdiyi 20- ci Beynəlxalq Ətraf Mühitin Mühafizəsi layihə Olimpiadası (BƏMMLO) keçirilib. Olimpiada Azərbaycanı “Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının 10- cu sinif şagirdi Aytac Abbaszadə və 9- cu sinif şagirdi Nigar Novruzlu təmsil edib. 
BƏMMLO –da 52 ölkədən gəlmiş şagirdlər 125 layihə ilə iştirak ediblər. İngilis dilində keçirilən tədbirin münsiflər heyətini Cənubi Koreya, İran, Almanya, Slovakiya, Qırğızıstan, Rusiya, Braziliya və ABŞ –dan gəlmiş mütəxəssislər təşkil edib. 
Fatih Universitetində keçirilən mükafatlandırma mərasimində, ölkəmizi bu olimpiadada təmsil edən şagirdlər Aytac Abbaszadənin və Nigar Novruzlunun  “ Dunaliella  Salina“ yosunundan istifadə edərək alınan hidrogen qazının yanacaq batareyasına birləşərək elektirik enerjisinə çevrilməsi layihəsi bürünc medala layiq görülüb. 
Qalib şagirdlər Azərbaycanı dünyada beynəlxalq yarışlarda təmsil etməkdən qürur duyduqlarını bildiriblər.
  

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF