“Çağ” Öyrətim Azərbaycan təhsilinə töhfələr verir

Quba Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özereni, Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnazı və Quba Özəl Türk Liseyin müdiri Mustafa Alagözoğlunu qəbul edib. 

Qəbul zamanı dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin fəaliyyəti, tədris müəssisələrinin yeni təhsil texnologiyaları ilə təchiz olunmasından, TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalrından, Beynəlxalq Fənn və Layihə olimpiadalarından qızıl, gümüş və bürünc medallar qazanmalarından danışaraq ətraflı məlumat verib. 

Qonaqları səmimiyyətlə qarşılayan İcra başçısı  əvvəlcə Şirkətin Azərbaycanda fəaliyyətinin 20 illik yubileyi münasibəti pedaqoji kollektivini təbrik edib. Sonra “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin Azərbaycan təhsilinə verdiyi töhfələrdən sevindiyini bildirdib və onlara təhsildə yeni-yeni uğurlar arzulayıb. Daha sonra Mübariz Ağayev rayonda təhsilin inkişafının yüksəldilməsi üçün göstərilən diqqət və qayğıdan, rayonda aparılan abadlıq və quruculuq işlərindən danııb.  Rayon da təhsil sahəsində həyata keçirilən işlər sahəsində təhsilin daha da yüksələcəyinə əmin olduğunu bildirib. 

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/608-cag-oeyrtim-azrbaycan-thsilin-toehflr-verir.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF