Heydər Əliyev irsinə yiyələnək, onun fəaliyyətindən örnək götürək!


07 May, 2012,
Bu gün ənənəvi olaraq  Qafqaz Universiteti gənclərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunan və Vətənin gələcəyini tərənnüm edən IV Gənclik Şənliyi keçirildi. Şənlik müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ifasında “Azərbaycan” şerinin səsləndirilməsi ilə başladı. Bütün ömrünü Azərbaycanın rifahına həsr etmiş dahinin damarlarda qanı donduran bu kövrək ifasının ardınca səmaya uçurulan sülh quşları azadlığa qovuşmuş xalqın simvoluna çevrildi.
 Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalında müxtəlif nominasiyalar üzrə uğur qazanan,  özfəaliyyət kollektivlərinin ifasında bir-birini əvəz edən şən nəğmələr, rəqslər, şən və hazırcavabların duzlu, məzəli zarafları ilə müşayət olunan Şənlikdə respublikanın əməkar artisti Tünzalə Ağayeva, Muğam Teatrının solisti Sevinc Sarıyeva, illüzianist Süleyman, aşıq  Ramin Qarayev, "Xalq ulduzu" mahnı müsabiqəsinin finalçısı Xəlil Qaraçöp, gənclərin sevimlisi İqbal Əliyev də öz çıxışlarını ərməğan etdilər.
Universitetin maraq klublarının şənlik boyu göstərdiyi fəaliyyət onların həm də illik hesabatı idi. Müstəqil yaradıcılıq və fəaliyyət növünü seçmiş klub üzvlərinin hazırladıqları  milli və qardaş xalqların mətbəxindən nümunələr, türk xalqlarının qədim sənət nümunələri, at sürmə yarışı, çərpələng uçurtma və s əyləcələr Şənliyə xüsusi ab-hava gətirdi.
 “Gənclik Şənliyi” çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsverməsi əsasında müxtəlif nominasiyalar üzrə seçilən “İlin adamları”ı  elan edildi. İlin müəllimi - İş Dünyası Əlaqələri üzrə prorektor Dos.Təyyar Mustafayev və  Azərbaycan dili və Ədəbiyyatı bölməsinin baş müəllimi Rəhman Quliyev, İlin qadın müğənnisi - Azərbaycan Respublikasının Əməkdar Artisti Tünzalə Ağayeva, Ilin kişi müğənnisi Azərbaycan Respublikasının Əməkdar Artisti Mənsum İbrahimov, İlin idman adamı - Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, İlin yerli şirkəti NURGUN MOTORS, İlin xarici şirkəti BP AZƏRBAYCAN, İlin yerli iş adamı - Embawood şirkətinin baş direktoru Elşad Abbasov, İlin xarici iş adamı - "Azercell Telekom" MMC-in prezidenti Ali Ağan, İlin fəal qeyri-hökümət təşkilatı- İqtisadi və Sosial İnkişaf Mərkəzi, (İSİM) İdarə Heyəti sədri i.e.n Vüqar Bayramov, İlin vətənpərvər millət vəkili – Qənirə Paşayeva, İl ərzində Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidməti olan şəxs - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Professor Nərgiz Paşayeva seçildi. Nominantlara plaket və xatirə hədiyyələri təqdim olundu.
 Şənlikdə iştirakçılar, xüsusilə də gənclər dünya təcrübəsində analoqu olmayan Heydər Əliyev kimi dahi liderə malik olduqları üçün xoşbəxt olduqlarını bir daha nümayiş etdirdilər.  Biz əminik ki, Gənc nəslimiz üçün  milli örnək simvoluna çevrilən Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs bu gün də, sabah da iftixarla öyrəniləcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır