Növbəti əsgər ziyarəti - Goranboy və Bərdə rayonları

14 May, 2012,Məzun Koordinasiya Şöbəsi növbəti əsgər ziyarətinə Goranboy rayonuna getdi. Hərbi hissənin Tibb Məntəqəsi və postlarında olan əsgərlərimizi - məzunlarımızı ziyarət etdik. Gözləmədikləri bir ziyarət onlara surpriz oldu. Tibb Məntəqəsində Xidmətdə olan Məzunlarımızdan Səbuhi Piriyev - "bizə Universitetdən ziyarətə gələcəklərini söyləmişdilər, amma inanmırdıq, gözləmirdik. bizim üçün surpriz oldu, çox sevindirici haldır" deyə öz təəssüratlarını bizimlə bölüşdü. Xeyli söhbətdən sonra dağın zirvəsində xidmət edən digər məzunlarımızı ziyarətə qalxdıq. Orda da İngilis dili və ədəbiyyatı məzunumuz Kamran Əhmədov xidmət edirdi. Bu surpriz ziyarət Kamranı da çox sevindirdi. Hal-əhval tutduq, xeyli söhbət etdik.
Goranboy rayonundan sonra Bərdə rayonunda hərbi xidmətdə olan məzunlarımız Eyniş Məmmədov və Zaman Şirinovu ziyarət etdik. Bizi görən məzunlarımız çox təəccübləndilər və sevindilər. Belə bir yerdə də xatırlandıqları üçün minnətdarlıqlarını bildirən məzunlarımız bu fəaliyyətlərin davamını dilədilər. Keçmiş xatirələrdən, yaşadıqları maraqlı hadisələdən danışan məzunlarımızla söhbət çox xoş keçdi.
Bu təşkilatçılıq üçün Qafqaz Universiteti rəhbərliyinə və Məzun Koordinasiya Şöbəsinə təşəkkürünü bildirən məzunlarımız Qafqaz ailəsinin bir üzvü olmaqdan qürur duyduqlarını dilə gətirdilər.
BİZ DƏ SİZİNLƏ QÜRUR DUYURUQ.
 Anar Məmişov
http://qu.edu.az/view_news.php?news=2276&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF