Qafqaz Universitetində “Azərbaycanda İKT-nin inkişafı” mövzusunda seminar olmuşdur
Bakı, 11 may (AzərTAc). Mayın 11-də Qafqaz Universitetində “Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı” mövzusunda
seminar olmuşdur.
AzərTAc xəbər verir ki, seminarda universitetin rektoru, professor Əhməd
Saniç görkəmli dövlət xadimi Heydər Əliyevin informasiya-kommunikasiya
texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, ulu öndərin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini vurğulamışdır.
“Aztelekom” İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov
Azərbaycan Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya
texnologiyalarının inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini
diqqətə çatdırmışdır.
Müasir dünyada İKT-in mühüm rolunu xatırladan “Aztelekom” İB-in baş
direktoru ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən
tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən M.Məmmədov
sonra iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
http://444.az/index.php?option=com_content&view=article&id=24378:Qafqaz-Universitetind%C9%99-%E2%80%9CAz%C9%99rbaycanda-%C4%B0KT-nin-inki%C5%9Faf%C4%B1%E2%80%9D-m%C3%B6vzusunda-seminar-olmu%C5%9Fdur&catid=635:rsm&Itemid=980