Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcəkdir

Bakı, 29 may (AzərTAc). Mayın 31–də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun, Amasiya Valiliyinin, Amasiya Bələdiyyəsinin, Amasiya Universitetinin, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Qarabağdan Amasiyaya könül körpüsü – Beynəlxalq Həmzə Nigari simpoziumu işə başlayacaqdır.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, Amasıyada keçiriləcək və iki gün davam edəcək simpoziumda Azərbaycan və Türkiyədən 50-dən çox alimin təsəvvüf, Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında məruzəsi dinləniləcəkdir.
Simpoziumla yanaşı, Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaqdır.
Amasiyada yaşayan Azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar adlandırırlar. Onlar Amasiya və ətrafında geniş yayılmışlar. İsmayıl Şirvani və Həmzə Nigarinin Amasiya şəhərində yerləşən türbələri ardıcılları tərəfindən həmişə ziyarət edilmişdir. Həmzə Nigarinin Divanı həm Türkiyədə, həm də Azərbaycanda zaman-zaman mədrəsələrdə, şeir məclislərində oxunmuşdur.
Qarabağ ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde