“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının Şagirdləri Amerikadan qızıl medalla qayıtdılar
Mayın2-7
də Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində məktəblilərin
Enerji Beynəlxalq Layihə Olimpiadasi (ISEEEP) keçirilib. Azərbaycanı
olimpiadada “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 2 müəllim
və 2 şagirddən ibarət komanda ətraf mühit kateqoriyasında təmsil edib.
Olimpiadada dünyanın 68 ölkəsindən, eləcə də ABŞ-ın 44 ştatından 500
məktəbli istirak edib. Onlardan 220 nəfəri münsiflər heyəti tərəfindən
dinlənilib. Toplanılan balların ümumi nəticəsinə görə “Qafqaz”
Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Fidan Həsənzadə və
Aytən Məhəmməliyevanın təqdim etdiyi layihə birinci olaraq olimpiadanın
qızıl medalına və diplomlara layiq görülüb.