Şamaxıda “Qlobal iqtisadi sistemə yeni baxış” mövzusunda iqtisadi forum keçirilib

Şamaxı. Zahid Abışov – APA. Şamaxıda “Qlobal iqtisadi sistemə yeni baxış” mövzusunda iqtisadi forum keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, gorum Qafqaz Universiteti Sosial-İqtisadi tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Forumda gənc iqtisadçılar və ekspertlər sosial-iqtisadi problemləri müzakirə ediblər.
Tədbirdə “Qlobal iqtisadi problemlər”, “Qlobal iqtisadi sistemə yanaşmalar”, “İqtisadiyyat və milli-mənəvi dəyərlər” mövzuları çərçivəsində müzakirələr aparılıb.
Qeyd olunub ki, forumun məqsədi Azərbaycanın müxtəlif təhsil ocaqlarında, eləcə də özəl sektorda fəaliyyət göstərən gənc iqtisadiyyatçıları bir araya toplayaraq günün mövcud sosial-iqtisadi məsələlərini müxtəlif aspektlərdə müzakirə etməkdir.
Tədbirdə “Çağ Öyrətim” şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhmət Saniç, Universitetin İqtisadiyyat fakültəsinin müəllim heyəti və bir sıra tanınmış iqtisadçı alimlər iştirak edib.
http://m.apa.az/news.php?id=260922

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır