“Qafqaz” qızıl mükafata layiq görülüb

Qafqaz Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülüb
Konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 - Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç də iştirak edib.
Qeyd edək ki, “Business Initiative Directions” (B.I.D.) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə malik şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hökumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırmışdır. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda “B.I.D. Ümumdünya Konqresi” adı altında bir araya gəlmişdir. Həmin görüşlərdə iştirak edənlər yeni mükafat veriləcək şirkətləri təklif etmişdirlər. Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnmişdir. Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər qazanan namizədləri qalib elan etmişdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF