Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Dünən Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Ulu öndər Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətindən danışıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs edib, Ulu öndərin gənclər və təhsil siyasətinə daim böyük önəm verdiyini xatırladıb.
Tələbələr Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.
Sonra “Qafqaz Universiteti ilin adamını seçir” layihəsinin nəticələri açıqlanıb. Sorğunun nəticələrinə əsasən, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında göstərdiyi xidmətlərə görə “İlin adamı” mükafatına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva layiq görülüb.
Professor N.Paşayeva sorğuda onu Azərbaycanın beynəlxalq arenada tanınmasında göstərdiyi xidmətlərə görə “İlin adamı” seçdikləri üçün tələbələrə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde