Kafkas İlköğretim okulunda “İngilis Dili” gecəsi keçirilib

Mayın 11-də Kafkas İlköğretim okulunda “İngilis Dili” gecəsi keçirilib. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Sonra şagirdlər ingilis əlifbasını yallı rəqsiylə tanıdıblar. 
Bundan başqa Tıqtıq xanım, Turp və s. nağıllardan hazırlanmış səhnəcikləri ingiliscə göstərilib. Məktəblilərin hazırladıqları “İngilis Dili” gecəsində rəngarəng mahnılar, şerlər və maraqlı səhnəciklər iştirakçılarda xoş təəssüratlar oyadıb. 
Tədbirdə məktəbin müdiri İlhami Atmaca çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, şagirdləri və müəllimləri  təbrik edb. Gecədə iştirak edən valideynlər tədbirin maraqlı olduğunu və məktəbin pedaqoji kollektivinə təşəkkürlərini bildiriblər.