“Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” başlayır
Movqe.Az
xəbər verir ki, 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz
Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya
Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin
birgə təşkilatçılığı ilə "Qarabağdan Amasiyaya Könül Körpüsü –
Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçiriləcək.
Simpoziumda
Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Həmzə Nigarinin
dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi,
davamçıları haqqında 50-dən çox alim məruzə edəcəkdir. Simpoziumla
yanaşı Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının
iştirak edəcəyi konsertlər təşkil olunacaq.
Məlumat
üçün bildirək ki, Amasiyada yaşayan azərbaycan türkləri özlərini bura
ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar
adlandırır, Amasiya və ətrafında geniş yayılmışlar. İsmayıl Şirvani və
Həmzə Nigarinin türbələri Amasiya şəhərində olub, ardıcılları tərəfindən
həmişə ziyarət edilmişdir. Həmzə Nigarinin Divanı həm Türkiyədə, həm də
Azərbaycanda zaman-zaman mədrəsələrdə, şeir məclislərində oxunub.
Qarabağ
ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası
tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.
Tural QABİLOĞLU
http://www.movqe.az/v5/2218/%E2%80%9CQaraba%C4%9Fdan_Amasiyaya_K%C3%B6n%C3%BCl_K%C3%B6rp%C3%BCs%C3%BC_%E2%80%93_Beyn%C9%99lxalq_H%C9%99mz%C9%99_Nigari_Simpoziumu%E2%80%9D_ba%C5%9Flay%C4%B1r/