Nərgiz Paşayeva "İlin adamı" mükafatına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 7-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətindən danışıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs etmiş, ulu öndərin gənclər və təhsil siyasətinə daim böyük önəm verdiyini xatırladıb.

Tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Sonra "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri açıqlanıb. Sorğunun nəticələrinə əsasən, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında göstərdiyi xidmətlərə görə "İlin adamı" mükafatına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva layiq görülüb.

Professor N.Paşayeva sorğuda onu Azərbaycanın beynəlxalq arenada tanınmasında göstərdiyi xidmətlərə görə "İlin adamı" seçdikləri üçün tələbələrə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/news/society/2023590.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır