Şahin Mustafayev “Çağ”ın rəhbərliyi ilə görüşüb

İqtisadi inkişaf naziri Şahin Mustafayev “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ilə görüşüb. 

Nazirlikdə keçirilən görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, “Çağ” Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. “Çağ” da ona göstərilən etimada sədaqətlə xidmət etməkdədir. Qafqaz Universitetinin rektoru Ahmet Saniç universitetin həyata keçirdiyi yeni layihələrdən söz açıb.
Nazir Şahin Mustafayev “Çağ”ın, eləcə də “Qafqaz”ın günbəgün artan nüfuzu barədə məlumata malik olduğunu bildirərək deyib: “Sizin fəalliyətinizi izləyirəm: beynəlxalq olimpiadalarda tutduğunuz yerlərdən, ölkəmizdə keçirdiyiniz olimpiadalardan, beynəlxalq konfranslardan məlumatlıyam. Bütün bunlar Azərbaycan təhsilinin dünyada tanıdılmasında mühüm rol oynayır. Sizə bu müqəddəs yolda  uğurlar arzulayıram”.
“Qafqaz” mətbuat xidmətinin verdiyi məlumata görə, görüş çərçivəsində İqtisadi İnkişaf Nazirliyi, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universiteti arasında əməkdaşlıqlar barədə müzakirələr (texnoparklar təşkil etmək, Mərmərə Universiteti, İqtisadi İnkişaf Nazirliyi və Qafqaz Universiteti ilə birgə doktorantura pilləsində mütəxəssislər hazırlamaq, birgə konfranslar keçirmək, iş dünyası ilə əlaqəli proqramlar hazırlamaq) də aparılıb.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43556

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF