Liseylərimizin şagirdləri daha 4 beynəlxalq medallar qazanıblar

Mayın 12-15 də Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində VIII Beynəlxalq İnformatika Layihə Olimpiadası ( EBİKO-2012) keçirilib. Olimpiadada dünyanın 49 ölkəsindən gəlmiş şagirdlər 110 layihə ilə iştirak ediblər. Ölkəmizi bu mötəbər olimpiadada Bakı Özəl Türk Liseyinin şagirdləri Hüseyn Yusifli, İsmayıl İsmayılov və Quba Özəl Türk Liseyinin şagirdləri Enrike Nurməmmədov və Cahandar Musayev təmsil ediblər. Şagirdlərdən Enrike Nurməmmədov və Cahandar Musayev gümüş, Hüseyn Yusifli, İsmayıl İsmayılov bürünc medallara layiq görülüblər. Beləliklə Azərbaycan-Türkiyə Özəl Liseylərinin şagirdləri ölkəmizə Beynəlxalq olimpiadalardan daha 4 medallar gətiriblər.   
Bu münasibətlə, şagirdləri, valideynlərini , və müəllimləri təbrik edir gələcəkdə daha böyük nailiyyətlər əldə etmələrini arzulayırıq. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır