Tələbələr “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda istehsal prosesi ilə tanış oldular

22 May, 2012
Qafqaz Universitetinin Dünya İqtısadıyyatı 1-ci kurs  tələbələri “Az-Granata” MMC-nin Ağsuda yerləşən şirə və şərab emalı zavodunda istehsal prosesi ilə tanış oldular.
Tanışlıq zamanı zavod rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanan tələbələr istehsalatla bağlı biliklərini artırmaqla yanaşı, həm də dincəldilər.
“Az-Granata” MMC-nin dəstəyi ilə təşkil edilən təcrübə gəzintisi tələbələrin nəzəri biliklərinin inkişafında mühüm rol oynayacaqdır.
“Az-Granata” MMC-nin Ağsuda yerləşən  zavodu şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama,şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanması və qatılaşdırılaraq konservant hala gətirilərək aseptik şənə doldurulması mərhələləri həyata keçirilir.

Dos. İsa Qasımov
http://qu.edu.az/view_news.php?news=2315&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF