Sumqayıt Özəl Türk Liseyində Yubiley Tədbirləri

Sumqayıt Özəl Türk Liseyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Böyük Vətən Müharibəsində və Qarabağda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhramanlarn xatirəsini bir dəqiqəlik sükutla yad edidlər. Sonra Böyük Vətən Müharibəsindən və 9 May - Qələbə Günündən bəhs edən video çarx nümayiş etdirilib. Daha sonra liseyin bədii özfəaliyyət və xor kollektivi Vətən, torpaq mövzusunda mahnılar ifa ediblər və şeirlər söyləyiblər. Tədbirdə liseyin tarix müəllimi Vaqif  Yusifov çıxış edərək ümummilli lider Heydər Əliyevin fəaliyyəti və Azərbaycan tarixində yeri və rolu haqqında geniş məlumat verib. Sonra Böyük Vətən Müharibəsinin başlanma səbəbi, 9 May-Faşizm üzərində qələbə qazanılmasında xalqımızın igid oğullarının mərdliklə döyüşmələrindən və Azərbaycan neftinin əhəmiyyətindən danışıb.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF