Qafqaz universitetində Biznes Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” keçirildi.
May ayının 12-də Qafqaz Universitetində Biznes
Forumun çərçivəsində “Biznes Məsələləri Yarışı” (Business Case
Competition) keçirilmişdir. Qafqaz universitetinin müxtəlif
kafedralarından olan tələbələrdən təşkil olunmuş beş komanda tərəfindən
“Google”, “Dell”, “Jet Blue Airlines”, “Krispy Kream” və “Wholefoods
Market” kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlili ilə
əlaqədar təqdimat edilmişdir.
Qafqaz Biznes Formu Qafqaz Universitetinin Maliyyə, Dünya
İqtisadiyyatı və Biznesin İdarəedilməsi bölmələrinin yüksək
motivasiyalı və istedadlı tələbələrindən qurulmuş tələbə təşkilatıdır.
Biznesin İdarəedilməsi bölməsinin baş müəllimi Adiljan Abdurazzak
tərəfindən keçirilən həftəlik treyninqlərdən əlavə olaraq üzv tələbələr
biznes sektoru və təhsil sektorundan yerli və xarici mütəxəssislərin
iştirakı ilə seminarlara qatılırlar.
Qafqaz Biznes Formu ilə əməkdaşlıq etmiş mütəxəssislərin sırasında
“Aslan Qlobal” adlı Boston konsaltinq qrupunun (ABŞ) baş icraçı
direktoru, BP Azərbaycan şirkətinin İnsan Resurları Şöbəsinin
nümayəndəsi, Turizmin İdarəedilməsi üzrə Pretoria Universiteti (Cənubi
Afrika) və Əməliyyatların İdarəedilməsi üzrə Kaliforniya Dövlət
Universiteti professorlarının adlarını qeyd etmək olar.
Yarış sonunda fəal iştirakçıları müxtəlif şirkətlərdə məvacibli
təcrübə keçmək və karyera imkanları əldə etmək kimi təkliflər aldılar.
Müsabiqə iştirakçıları Çinici Geyim və Süvari Geyim şirkətləri tərəfindən mükafatlandırılmışdır.