Nurgün Motors ilin şirkəti seçildi
Mayın 7-də Qafqaz Universitetində Nurgün
Holdinqin sponsorluğu və Azərsun Holdinqin dəstəyi ilə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir
keçirilmişdir.
Müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz
Universitetinin rektoru professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin
zəngin həyat və siyasi fəaliyyətindən danışmışdır.
Ənənəvi olaraq hər il keçirlən tədbirdə ilin adamı və ya ilin şirkəti
kimi müxtəlif nominasiyalar üzrə tələbə və müəllimlərin iştirakı ilə
seçki də keçirilir. Bu ilki səsvermənin nəticələrinə görə Nurgün Motors
ilin yerli şirkəti adını qazanmışdır.
Səzvermənin digər nominasiyalarına görə BP – ilin xarici
şirkəti, Azərcell şirkətinin prezidenti Ali Ağan – ilin xarici iş adamı,
Embawood şirkətinin baş direktoru Elşad Abbasov – ilin yerli iş adamı
seçilmişdir.
Dos. İsa Qasımov