Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilmişdir

21 May, 2012, baxılıb - 12 dəfə
Bakı, 18 may (AzərTAc). Mayın 18-də Qafqaz Universitetində “İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri” mövzusunda tədbir keçirilmişdir.
Böyük türkmən şairi və mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universiteti tərəfindən təşkil edilmişdir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən danışmışdır.
Böyük türkmən mütəfəkkiri Məhdumqulu Fəraqinin ədəbiyyata, mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən rektor şairin ədəbi irsinin əhəmiyyətini vurğulamışdır.
Türkmənistanın Bakıdakı səfiri Toyli Komekov ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs etmişdir. Türkmənistanın iqtisadiyyatı, mədəniyyəti barədə danışan səfir, eyni zamanda tədbirin əhəmiyyətini diqqətə çatdırmışdır.
Çıxış edən alim və mütəxəssislər Məhdumqulu Fəraqinin ömür yolundan, zəngin ədəbi yaradıcılığından danışmışlar.
Məhdumqulu Fəraqi 1733-cü (digər məlumata görə 1724-cü) ildə Türkmənistanın Ətrək vilayətində Kümbəzhovuzun şərqindəki Hacıqovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılbayır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin ailəsində doğulmuşdur. Məhdumqulu o zaman Orta Asiyada ən nüfuzlu təhsil müəssisəsi sayılan “Şirqazi” mədrəsəsində oxumuşdur. Buxara mədrəsəsinin məzunu olan Məhdumqulu burada münbit elmi-ədəbi mühitə düşmüş, Şərqin böyük alimlərinin elmi-fəlsəfi irsi ilə tanış olmuşdur.
Məhdumqulu Türkmənistanın mənəvi qurucularından biri, bütün könüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, türkmənlərin ruhi dünyasının nurudur. Şair insanları daim vətənpərvərliyə, xeyirxahlığa çağırmışdır.
http://www.azertag.com/node/955401

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF