ARDNŞ-nin Daxili Təqaüd Proqramı üzrə növbəti müsabiqə keçirilmişdir

ARDNŞ Təqaüd proqramı çərçivəsində 2011-2012-ci tədris ilinin I semestrinin nəticələrinə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan etmişdir.Mayın 13-də müsabiqənin I mərhələsi üzrə test imtahanı keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi bilikləri yoxlanılmışdır ARDNŞ təqaüdünü almaq üçün müraciət etmiş 2014 tələbədən 1710 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1484-ü test imtahanında iştirak etmiş, 226 nəfər isə imtahana gəlməmişdir. Namizədlər məntiqi təfəkkürün yoxlanılması məqsədi ilə TQDK-nın tərtib etdiyi 40 test sualını cavablandırmışlar.

Müsabiqənin ilkin nəticələri ARDNŞ-nin və TQDK-nın saytında yerləşdirilmişdir. İmtahanda yüksək bal toplamış namizədlər müsabiqənin ikinci mərhələsində iştirak edəcəklər. Yaxın günlərdə II mərhələyə keçid balları müəyyənləşdiriləcək. Bu mərhələdə namizədlər ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə olunacaqlar.

Qeyd edək ki, ARDNŞ-nin təqaüdünün verilməsi üzrə hazırkı müsabiqədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetinin tələbələri aktivlik nümayiş etdirmişlər. 

http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/4579

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF