Qafqaz Universiteti İqtisadi və Sosial İnkişaf Mərkəzini ”İlin fəal qeyri-hökümət təşkilatı” nominasiyasına layiq görüb.

FaktXeber.com-un verdiyi məlumata görə, Qafqaz Universiteti İqtisadi və Sosial İnkişaf Mərkəzini ”İlin fəal qeyri-hökümət təşkilatı” nominasiyasına layiq görüb. Qeyd edək ki, seçimlər bir neçə nominasiya üzrə"QafqazUniversiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində aparılıb. Müsabiqə nəticəsində ”İlin fəal qeyri-hökümət təşkilatı” nominasiyası ilə yanaşı "İlin elm adamı" , "İlinşairi" , "İlinxanımmüğənnisi", "İlingəncmüğənnisi",  "İlinişadamı", "İlinənbacarıqlı xaricdəki azərbaycanlı iş adamı" nominasiyasılarının qalibləridə müəyyən edilib.
Qeyd edək ki, İSİM 2005-ci ildə xaricdə təhsil almış bir sıra aparıcı iqtisadçılar tərəfindən yaradılıb. Mərkəz müxtəlif dövlət, beynəlxalq və qeyri-dövlət təşkilatları ilə iqtisadi və sosial islahatların dəstəklənməsi istiqamətində proqramlar həyata keçirir.
Fəaliyyətə başladığı qısa zaman çərçivəsində  mərkəz bir sıra beynəlxalq nominasiyalara layiq görülüb. Belə ki, ABŞ-ın tanınmış Harvard Universiteti İSİM-i rəsmi katoloquna daxil edib. Həmçinin ABŞ-ın məşhur Pensilvaniya Universitetinin hesabatında İSİM Qafqazın aparıcı beyin mərkəzi kimi qiymətləndirilərək Mərkəzi və Şərqi Avropanın əsas təşkilatları siyahısında yer alıb. Belə ki, Azərbaycan vətəndaş cəmiyyətindən ilk dəfəbeyin mərkəzinin adı dünyanın 50 aparıcı beyin mərkəzi siyahısına daxil edilib.
Leyla Tağızadə

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır